Ölkə 21:17 08.03.2018

Gürcüstanın Müdafiə naziri Azərbaycana səfər edəcək

Martın 9-da Gürcüstanın Müdafiə naziri cənab Levan İzorianın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana rəsmi səfər edəcək.

Müdafiə Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, səfər çərçivəsində Gürcüstan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər martın 10-dək davam edəcək.