Türkiyənin milli elektromobili təqdimata bir neçə gün qalmış sənaye və texnologiya naziri Mustafa Varankın paylaşımı geniş müzakirələrə səbəb olub.
Qaynarinfo xəbər verir ki, bəzi istifadəçilər yerli elektromobildə yan güzgülərinin olmadığını, bəziləri isə onun yerinə kamera sistemi tətbiq olunduğunu yazıblar. Türkiyənin Avtomobili rəsmi tvitter səhifəsində isə avtomobilin qaranlıq planda fotosu paylaşılaraq, aynaların yerində olduğu qeyd olunub.
Türkiyənin yerli avtomobili barədə söz-sphbətlər isə bu təxrübənin xaricdə tətbiqi məsələsini gündəmə gətirib. Belə ki, aynasız modellərin istifadəsi dünya təcrübəsində geniş yayılmağa başlayıb. "BMW i8 Mirrorless", "Audi e-Tron" və Hondanın E seriyalı elektrik avtomobillərində kamera sistemindən istifadə edilib. Bu texnologiya sürücüyə 360 dərəcə görmə bucağı təmin edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər