Göyçay və Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Göyçay və Şəkidə azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışı keçiriləcək

Fevral ayından etibarən "Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsüm başa çatmamış azot gübrəsinin güzəştli şərtlərlə səyyar satışına başlanılıb.
 
Səyyar satışın həyata keçirilməsində əsas məqsəd gübrələrin alışı zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə itkisinin və əlavə məsrəflərin qarşının alınması, həmçinin vətəndaşlara cəmiyyətin əlçatanlığını, yaxınlığını təmin edərək, vətəndaş məmnuniyyətinə nail olmaqdır.
 
Növbəti səyyar satış aprel ayının 16-da Göyçay rayonunun Qaraməryəm kəndində, aprel ayının 17-də Şəki rayonunun Başgöynük kəndində kənd inzibati ərazi nümayəndəliklərinin binasında keçiriləcək. Bu kəndlərə yaxın bütün ətraf kəndlər səyyar satışdan yararlana bilərlər.
 
Səyyar satış zamanı vətəndaşlar tələb olunan sənədləri təqdim etməklə 70% güzəştdən yaralanaraq mineral gübrəni əldə edə bilərlər.
 
Səyyar satış barədə ətraflı məlumat almaq üçün, Göyçay rayonu üzrə +9940503817338 (Elçin İsmayılov Göyçay Dövlət Aqrar İnkişaf Mərkəzi direktoru), Şəki rayonu üzrə +9940512559307 (Söhrab Hüsenov "Aqrolizinq” ASC Şəki RN-in direktoru) ilə əlaqə saxlaya bilərlər.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR