Göyçay rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, avtoqəza rayonun Bığır kəndində qeydə alınıb.
Bildirilir ki, kənd sakinləri Xəyal Məmmədov və Bulud Abışovun idarə etdiyi iki "VAZ 21011" markalı minik maşınlarının toqquşması nəticəsində 7 nəfər xəsarət alıb. Yaralılar Göyçay Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Şərhlər