Xəbər lenti

Göyərtəsində 38 nəfər olan Çili təyyarəsi radarlardan itdi
Dünya 11:39 10.12.2019

Göyərtəsində 38 nəfər olan Çili təyyarəsi radarlardan itdi

Çili Hərbi Hava Qüvvələrinə məxsus Hercules C130 təyyarəsi Antarktikaya gedərkən radarlardan itib.

Qaynarinfo xəbər verir ki, təyyarə ilə əlaqə Punta Arenas şəhərindəki hava bazasından yola düşməsindən təxminən bir saat sonra kəsilib. Təyyarə prezident Eduardo Frey Montalva adına Çili Antarktika bazasına uçurmuş.

"Hercules C130-un göyərtəsində 38 nəfər var, onlardan 17-si ekipaj üzvü, 21-i sərnişindir", - TASS-ın xəbərində deyilir.
Hərbi Hava Qüvvələrindən verilən məlumata görə, təyyarə neft boru kəmərinə xidmət etmək üçün heyəti aparırmış.

Axtarışa hərbi qüvvələr və xilasedicilər cəlb olunub.
 
Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->