Foto 16:04 30.12.2018

Gözəllik yarışmasında gözəlin saçı alışdı (FOTO/VİDEO)

"Miss Africa 2018" yarışında TV tarixinə keçəcək hadisə yaşanıb.

Qaynarinfo xəbər verir ki, yarışın qalibi olan 24 yaşlı Konqo təmsilçisi Dokras Kasindenin saçı alov alıb. Qalib elan ediləndən sonra səhnədə atılan fişənglərdən biri qadının saçına düşüb və alova səbəb olub. Hadisədən sonra soyuqqanlı davranan Dokras Kasinde tamaşaçıları salamlayıb və mükafatını alıb. Model daha sonra açıqlama verərək özünün və saçlarının yaxşı olduğunu deyib.

Gülşən