Türkiyədə yaşayan azərbaycanlılar daha bir ilkə imza atıb.
Qaynarinfo xəbər verir ki, qardaş ölkədə yaşayan bir qrup soydaşımıza məxsus olan "Gözümde yaşla” layihəsi Türkiyənin musiqi sektoruna uğurla daxil olub.
Səhnə adı Lalusi olan Lalə Tağızadənin səsləndirdiyi mahnının bəstəsi Günel Nasirovaya, sözləri isə Asiman Abdusalamova məxsusdur.
Musiqi əsərinin aranjemanı Türkiyənin musiqi aləmində yetərincə tanınan Bahadır Tanrıvermişə, Mix-Masteringi isə Sezen Aksu, Sıla və Kenan Doğulu kimi məşhur sənətçilərlə çalışan Arzu Alsana aiddir.
"Gözümdə yaşla” mahnısı üçün kamera qarşısına keçən Lalusi onun klip versiyasını da tamaşaçılarına ərməğan edib.
Klipin rejissorluğunu isə daha bir həmyerlimiz Bəxtiyar Ələkbərov öz üzərinə götürüb.
Qeyd edək ki, Lalusinin "Gözümde yaşla" mahnısı artıq Türkiyənin bir neçə radiosunda səslənir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər