Hacı Mazanın vəziyyəti necədir?

Hacı Mazanın vəziyyəti necədir?

İyulun 2-də Ələt-Astara yolunda ağır qəzaya düşən Hacı Mazan ləqəbli iş adamı Ramazan Zeynalovun səhhəti normallaşıb.

Bunu modern.az-a açıqlamasında onun müalicə həkimi, Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikasının Travmatologiya şöbəsinin müdiri Cəfər Nəsirli bildirib.

C.Nəsirli qeyd edib ki, əməliyyatdan sonra səhhəti normallaşıb, vəziyyəti stabildir, yaxın bir-iki günə evə buraxılacaq.

Qeyd edək ki, R.Zeynalov qəzadan sonra Tibb Universitetinin Tədris-Cərrahiyə Klinikasına yerləşdirilib. Daha sonra isə Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi Hospitalına köçürülərək, bud-çanaq nahiyyəsində əməliyyat aparılıb.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR