Sənət 15:35 24.07.2014

Hacıbala Abutalıbovdan kitab yarmarkaları ilə bağlı qərar - FOTOLAR

26-29 iyul tarixlərində Bakı şəhər İcra Hakimiyyətinin razılığı ilə QANUN Nəşrlər Evinin endirimli kitab yarmarkası keçiriləcək. 

AzNews.az-a daxil olan məlumata görə, yarmarka iki ünvanda – Hüseyn Cavid və Zabitlər parklarında baş tutacaq. 

Yarmarkalarda 500 addan çox, 10 minə yaxın kitab sərgilənəcək, kitab kataloqları paylanılacaq. Saat 09:00-dan 21:00-a dək davam edən yarmarkada ən müxtəlif kitablar – dünya klassik ədəbiyyatı, müasir dövrün tanınmış yazıçılarının, biznes və özünüinkişafa aid, uşaq ədəbiyyatı- nağıllar, ensiklopediyalar, boylamalar, eləcə də Azərbaycan yazarlarının kitabları sərgilənəcək. Kitab yarmarkasının keçirilməsində məqsəd yeni kitabları tanıtmaq, insanları kitaba cəlb etmək, oxucularla kitab mədəniyyəti arasında körpü yaratmaqdır.

Qaynar.info