Xəbər lenti

Hacıqabulda özbaşınalıq: otlaq sahələri naməlum şəxslərə icarəyə verildi (VİDEO)
Video 13:46 04.03.2018

Hacıqabulda özbaşınalıq: otlaq sahələri naməlum şəxslərə icarəyə verildi (VİDEO)

Hacıqabulda Talış, Kolanı və Abdulabad kəndlərində bələdiyyələr otlaq sahələrini pambıq əkmək adı ilə naməlum şəxslərə icarəyə verir.

Qaynarinfo xəbər verir ki, bu barədə Kolanı kənd sakini İlqam Əsgərov məlumat verib. O, bildirib ki, prezident İlham Əliyevin tapşırığına əsasən rayonlarda otlaq sahələri istisna olmaqla boş əkin sahələrində pambıq əkilməlidir, lakin bəzi icra nümayəndələri və bələdiyyələr prezidentin təşəbbüsünə kölgə salır və onun tapşırığına məhəl qoymurlar.

"Əkin sahələrini satan bələdiyyələr pambıq əkini üçün məcbur qalaraq otlaq sahələrini icarəyə verirlər. Bu da kənd camaatının etirazına səbəb olur. Kəndlilər mal-qara sürülərini otarmağa yer tapmırlar", - deyə o, qeyd edib.

Görüntülər Hacıqabul rayonunun Kolanı kəndindəndir.
 
Çingiz Səfərli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->