Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi (FOTO)

Hafiz Hacıyev sürücülük hüququndan məhrum edildi (FOTO)

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev sürücülük hüququndan məhrum edilib.

Avtosfer.az-ın məlumatına görə, buna səbəb partiya sədrinin çoxsaylı ödənilməmiş cərimələrinin olmasıdır.

Eyni zamanda o, çoxsaylı qayda pozuntusuna yol verdiyi üçün cərimə ballarının sayı da sürücülük hüququnun məhdudlaşdırılmasına səbəb olub. 

Bu gün isə Hafiz Hacıyev Azadlıq prospektində daha bir qayda pozuntusu edib. Belə ki, yol polisi əməkdaşları ona "saxla” işarəsi versə də, Hafiz Hacıyev tabesizlik göstərərək, ərazidən uzaqlaşıb və maşını ofisinin qarşısında saxlayaraq gedib. Polis əməkdaşları ərazidə onun axtarışına başlasalar da, tapa bilməyiblər.

Partiya sədrinin sürücülük hüququnun iyul ayının 27-də məhdudlaşdırılmasına baxmayaraq, o, hələ də avtomobil idarə edir.

  • Tərəfdaşların xəbərləri
XƏBƏRLƏR
BLOGLAR