Dünya 16:09 01.07.2020

Haftar Sirtə ballistik raketlər göndərir, Misir Türkiyəni hədələyir

Xəlifə Haftarın Liviya milli ordusu Milli Birlik hökuməti tərəfindən edilən hücumu dəf etmək üçün Sirt şəhərinə ballistik raket vasitələri göndərir.

Qaynarinfo xəbər verir ki, bu haqda Əl-Məsdar portalının məlumatında bildirilir.

Nəşr bildirir ki, söhbət R-17 tipli təkpilləli ballistik raketlərdən gedir. Haftar qüvvələrini Sirtin qərbində cəmləşdirməyə davam edir.

Xatırladaq ki, bundan əvvəl Misir hakimiyyəti Türkiyəni ordusu Sirt ətrafında "qırmızı xətti" keçəcəyi təqdirdə Liviyaya qoşun göndərməklə hədələmişdi.

Alpər