Xəbər lenti

Hakan Fidanın Azərbaycana səfərinin verdiyi mesaj... (RƏY)
Siyasət 13:13 18.01.2025

Hakan Fidanın Azərbaycana səfərinin verdiyi mesaj... (RƏY)

"Hakan Fidanın bu səfəri bir neçə gün öncə Vaşinqtonda ABŞ-la Ermənistan arasında, habelə İranla Rusiya arasında dünən Moskvada imzalanan strateji tərəfdaşlıq sazişlərinə münasibətdə Azərbaycan və Türkiyə dövlətlərinin birgəliyini nümayiş etdirmək mesajı verir”.

Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Türkiyə xarici işlər naziri Hakan Fidanın Bakıya səfərini şərh edərkən deyib.  

Ekspert qeyd edir ki, hər iki strateji tərəfdaşlıq sənədləri regionda güc balansına hesablanmış siyasi-strateji qərarlardır:
 


"Bu səbəbdən Fidanın Bakıya gəlişi və o əsasda nəzərdə tutulan sahələr üzrə əlaqələrin genişlənəcəyi və yeni istiqamətlər üzrə əlaqələrin qurulacağına dair verilən mesajları ilk növbədə yuxarıda qeyd etdiyim ölkələr arasında imzalanan sənədlərə Şuşa bəyannaməsinin bir daha xatırladılması baxımından əhəmiyyətli səfər kimi qiymətləndirmək olar. Səfər çərçivəsində həmçinin Azərbaycanla Türkiyə arasında Yaxın Şərqdə koordinasiyalı fəaliyyətin həyata keçirilməsi istiqamətləri də müzakirə predmeti ola bilər. Burada xüsusən də söhbət Suriyanın yenidən bərpasına hər iki ölkənin qarşılıqlı və koordinasiya olunmuş şəkildə dəstək göstərmələri məsələsindən gedir. Başqa bir tərəfdən Bakı ilə İrəvan arasındakı sülh danışıqları fonunda Türkiyə ilə Ermənistan arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətindəki proseslərin paralel və koordinasiyalı formada inkişafı məsələsi də gündəmin əsas mövzusu olacaq. Bütövlükdə Cənubi Qafqaz və ikitərəfli əlaqələrin genişləndirilməsi, mümkün yeni istiqamətlərin dəyərləndirilməsi, Türk Dövlətləri Təşkilatının (TDT) perspektivləri səfərin əsas müzakirə predmetləri olacaq”.  

Qeyd edək ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Bakıya gəlib.

Rüfət Sultan

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->