Xəbər lenti

Hakimlərin xahişləri nəzərə alınacaq
Ölkə 17:41 06.05.2013

Hakimlərin xahişləri nəzərə alınacaq

Keçmiş hakimlər ədliyyə, prokurorluq və ya digər dövlət orqanlarında çalışarkən onların keçmiş qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil ediləcək

Azərbaycanda digər dövlət qulluğunda olduğu kimi hakimlərin də pensiya üçün qulluq stajının müddəti müəyyən olunur. Milli Məclisdən verilən məlumata görə, bununla bağlı “Məhkəmələr və hakimlər” haqqında qanunun 109-cu maddəsinə yeddinci və səkkizinci hissələr əlavələr edilir.

Qanuna əlavə ediləcək yeddinci hissədə göstərilir ki, “Pensiya yaşına çatanadək azı 25 il hakim işləmiş şəxslər qulluq illərinə görə pensiya hüququna malikdirlər və öz xahişləri ilə onların səlahiyyətlərinə xitam verilə bilər. Həmin müddətə pensiyaya çıxan şəxsin ədliyyə və prokurorluq orqanlarında xüsusi və hərbi rütbələr nəzərdə tutulmuş vəzifələrdə işlədiyi müddət da daxil edilir”.

Əlavə ediləcək səkkizinci hissədə isə göstərilir ki, “Hakim işləmiş şəxslər ədliyyə, prokurorluq və ya digər dövlət orqanlarına işə qəbul edilərkən onların məhkəmə orqanlarındakı qulluq illəri həmin orqanlarda qulluq illərinə daxil edilir”.

Layihə artıq Hüquq siyasəti və dövlət quruculuğu komitəsi tərəfindən Milli Məclisin plenar iclasına tövsiyə olunub.

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->