Sənət 17:00 04.03.2015

Halit Ergenç Azərbaycanın ilk baş naziri rolunda - FOTOLAR

Məlum olduğu kimi, Bakıda məşhur “Əli və Nino” əsəri əsasında eyniadlı filmin çəkilişləri aparılır.

 Hazırda çəkilişlər əsasən İçərişəhərdə yerləşən Şirvanşahlar Saray Kompleksində, Qoşa Qala Qapısı meydanında və Asəf Zeynallı küçəsində gedir. 

Buro 247.az saytının əməkdaşı filmin aparıldığı məkanlarda olub, çəkilişləri müşahidə edib və tarixi ekran əsəriylə bağlı maraqlı məqamları öyrənməyə müvəffəq olub.

"Əli və Nino" filmində əsas hadisələr İçərişəhərdə baş verir.

Bundan öncə mətbuatda "Əli və Nino" filmində çəkilən azərbaycanlıaktyorların siyahısında yalnız xalq artisti Fəxrəddin Manafovun adıçəkilsə də, əslində, burada bir çox tanınmış aktyorlarımız rol alıblar.Onların arasında əməkdar artistlər Pərviz Bağırov, Mehriban Zəki, Qurbanİsmayılov, Pərviz Məmmədrzayev, aktyorlardan Rasim Cəfər, DənizTacəddin, Xumar Səlimova, Cümşüd Zeynalov, Küşvər Şərifova, AydınƏliyev, Nigar Güləhmədova, Bəhruz Vaqifoğlu, Kamran Ağabalayev, TuralƏhməd, Cəmilə Tağızadə və Cövdət Şükürov var.

“Əli

Kadrarxası fotolardan da aydın olduğu kimi, hazırda əsərin başqəhrəmanları olan Əli və Ninonun məktəb illəri səhnələri çəkilir. Əsərdəşəhər duması tərəfindən təşkil olunan və Nino Kipianinin də iştiraketdiyi balın çəkilişləri Azərbaycan Milli İncəsənət muzeyində aparılıb.

“Əli

“Əli

"...Sonra mənə Qarabağ atı barədə əfsanəni danışırdılar:onların məmləkətində hər şey gözəldir. Hər şeydən gözəl isə Qarabağatı imiş. İran şahı Ağa Məhəmmədin öz hərəmxanasını bu heyvanagörə kiməsə bağışladığı həmin o məşhur at (görəsən dostlarımbilirdimi ki, Ağa Məhəmməd xacə olub?). Dediklərinə görə, bu at azqala müqəddəs imiş. Bu mələz möcüzəsi, dünyanın ən gözəl atı, Qarabağınməşhur kürən-qızılı cins heyvanı doğulana qədər alimlər əsrlər uzunu başsındırıb cütləşdirmə aparıblarmış". Əsərdə məşhur Qarabağ atları bu cürtəsvir edilir. Film üçünsə Azərbaycan Atçılıq Federasiyasına məxsusatlar, eləcə də nadir növ Qarabağ atlarından istifadə olunur.

“Əli

Bir çoxlarını maraqlandıran digər məqam isə dünya şöhrətliaktyorların Azərbaycan filmində hansı rolları ifa etmələridir. Buro 24/7Azerbaijan bunu da öyrənməyə müvəffəq oldu. "Sultan Süleyman" obrazıilə tamaşaçıların ürəyində taxt qurmuş Halit Ergenç filmdə AzərbaycanXalq Cümhuriyyətinin ilk baş naziri Fətəli Xan Xoyskinin rolunucanlandıracaq.

Fətəli

Fətəli xan Xoyski və Halit Ergenç

Xalq artisti Fəxrəddin Manafov məşhur mesenat Hacı ZeynalabdinTağıyevin, Pərviz Qurbanov isə digər Bakı milyonçusu Musa Nağıyevinobrazında görünəcək. Nigar Güləhmədova Hacı Zeynalabdin Tağıyevin xanımıSona Tağıyevanın rolunda olacaq.

Hacı

Hacı Zeynalabdin Tağıyev və Fəxrəddin Manafov

Gənc aktrisalar Dəniz Tacəddin və Xumar Səlimova Nino Kipianininrəfiqələridirlər. Mehriban Zəki Ninodan "cavan oğlanın yeganə arvadıolmaq yorğun deyilmi?" deyə, soruşan Əli xanın bibisi Sultan xanımınrolunu canlandıracaq. Pərviz Məmmədrzayevi Qoçu obrazında, CövdətŞükürovu isə rus zabiti obrazında görəcəyik.

“Əli

"Toni" və "Emmi" mükafatı laureatı Mendi Patinkin Ninonun atası KnyazKipianini, danimarkalı aktrisa Konni Nilsen isə Knyaginya Kipianinicanlandıracaq.

Mendi

Mendi Patinkin və Konni Nilsen çəkiliş meydançasında

Filmdə dini əqidəyə bağlı olan və oğlunun da bir müsəlman kimiyaşamasını istəyən Əli xan Şirvanşirin atası obrazını iranlı aktyorHumayun Ərşadi oynayacaq.

Humayun

Humayun Ərşadi və Halit Ergenç

Filmlə bağlı digər maraqlı faktlardan biri burada istifadə olunanavtomobillərdir. Nəqliyyat vasitəsi kimi filmdə 1914-cü il istehsalıolan Dodge avtomobillərindən istifadə olunur. Onlardan biri Kipianiailəsinə məxsusdur.

“Əli

Xatırladaq ki, Qurban Səidin "Əli və Nino" romanı əsasındaekranlaşdırılan filmin icraçı prodüseri Leyla Əliyeva, prodüseri KrisTikyer, rejissoru "Bafta" mükafatı sahibi Asif Kapadiya, ssenarimüəllifi isə "Academy Award" mükafatı laureatı Kristofer Hemptondur.

Numan

Numan Acar və Mendi Patinkin

Qeyd edək ki, müsəlman Əli ilə xristian Ninonun sevgi hekayəsi1917-18-ci illərdə Bakıda bolşevik işğalı ərəfəsində baş verir. Şərqdəyərlərinə dayanan fikirlərə sahib olan Əli Xan Şirvanşir və qərbmədəniyyətinin daşıyıcısı Nino Kipiani məktəb illərində bir-birlərinəaşiq olurlar. Birinci Dünya Müharibəsi və Rusiya inqilabı davam etdiyivaxtda, Azərbaycanın müstəqillik mübarizəsində olduğu xaotik bir mühitdəƏli şərq mədəniyyətindən gələn fikirləri və Ninoya olan məhəbbətiarasında seçim etmək məcburiyyətində qalır. Ninonun atası da əvvəlcəfikir ayrılığında olsa da, daha sonra erməni əsilli dostunun məsələyəmüdaxilə etməsindən sonra evlilik haqqındakı fikirləri dəyişir.

Köhnə

Köhnə Bakı

Hadisələrhaqqında danışılan erməninin Ninonu qaçırmasından sonra dramatikləşir.Əli xan dinin qaydalarına uyğun olaraq ermənini öldürür və intiqamdançəkinərək Bakıdan qaçmaq məcburiyyətində qalır. Aylar sonra Əli xanıyoxsulluq içində tapan Nino onunla evlənir. Rusiya inqilabı və türklərinBakını azad etmək məqsədi ilə Azərbaycana yürüyüşlərini diqqətləizləyən Əli rusların Bakını yenidən ələ keçirməsindən sonra Nino iləbirlikdə İrana gedirlər. Nino İranda özünü ev həbsi şəraitində hiss edirvə xoşbəxt görmür. Azərbaycanda şərqdəki ilk demokratik cümhuriyyətinqurulmasından sonra Əli xan yenidən Bakıya qayıdır və yeni respublikanınmədəni və ictimai həyatında aktiv şəkildə yer alır. Sonralar Əli xanaFransada Azərbaycan səfiri olmaq təklifi gəlsə də, Ninonun İrandakeçirdiyi hisslərlə qarşılaşmamaq üçün qəbul etmir. Əli xan Şirvanşirinqısa həyatı 1920-ci ildə rusların Azərbaycana hücumu ilə sona çatır.Nino isə yeni anadan olan uşağı ilə birlikdə Gürcüstana qaçır. Əli xanŞirvanşir Gəncə uğrundakı döyüşlərdə şəhid olur və bütün kitabda hekayəedilənlər əslində onun gündəliyidir...



Qaynar.info