Video 19:25 22.05.2020

Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var (RƏSMİ)

"Hamilə qadınlar arasında koronavirusa yoluxanlar var”.

Qaynarinfo-nun məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

O qeyd edib ki, koronavirusa yoluxanlar arasında süni mayalanma ilə hamilə qalanlar da var.

Sədr əlavə edib ki, onların vəziyyətində ağırlaşma olmayıb.