"Moon Kids" uşaq bağçasının təsisçisi və direktoru Havvaxanım Rüstəmova barəsindəki cinayət işinin ibtidai istintaqı başa çatıb.
Qaynarinfo-nun məlumatına görə, iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Leyla Əsgərova-Məmmədova iş üzrə hakim təyin edilib.
Havvaxanım Rüstəmov bu ilin yayında saxlanılıb. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilirdi ki, "Moon Kids” MMC-də yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Havvaxanım Rüstəmovanın cinayət işi üzrə 133 nəfər zərərçəkmiş qismində tanınıb.
Zərəçəkmişlər içində Dövlət Sosial Müdafifə Fondu da var.
Seyid
Şərhlər