Ölkə 09:44 26.12.2018

Həbsdə olan sabiq nazirə ağır itki üz verib

Hazırda həbsdə olan keçmiş səhiyyə naziri Əli İnsanovun qardaşı vəfat edib.

Qaynarinfo qafqazinfo-ya istinadən xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Anar Məmmədli məlumat yayıb.

O bildirib ki, Əhməd İnsanov ötən gün dünyasını dəyişib: "Mərhum qardaşını vaxtaşırı həbsxanada ziyarət edirdi. Ruhu şad olsun!"