Xəbər lenti

İdman 10:12 11.12.2013

Həbsxanadan futbolçu transfer edildi

Almaniyanın "Paderborn" həbsdə olan futbolçunu transfer edib. 

Fanat.az xəbər verir ki, II Bundesliqa klubu 4-cü liqada çıxış edən "Babelsberq"dən Süleyman Koçu heyətinə qatıb. Türk əsilli futbolçu ilə 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Koç 2011-ci ildə dostları ilə birlikdə Berlindəki bir oyun aparatını qarət edib və bu səbəbdən 3 il 9 ay azadlıqdan məhmur edilib. O, açıq tipli cəzaçəkmə müəssəsində cəzasını çəkir. Süleymanın cəzası yanvarın 1-də başa çatacaq. 

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->