Həftəsonu bu məhsullar ucuzlaşdı

Həftəsonu bu məhsullar ucuzlaşdı

Azərbaycanda qızıl və gümüş ucuzlaşıb.

Trend-in məlumatına görə, oktyabrın 11-də qızılın qiyməti oktyabrın 10-u ilə müqayisədə 22,6525 manat azalaraq 1 unsiya üçün 2542,0185 manat təşkil edib.

Gümüş 0,5244 manat ucuzlaşaraq 1 unsiya üçün 29,7951 manata bərabər olub.

Platinin qiyməti 15,912 manat artaraq 1530,9755 manat, palladiumun qiyməti 40,628 manat artaraq 2896,0775 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir.
XƏBƏRLƏR
BLOGLAR