Sağlamlıq 22:29 26.10.2020

Həkim başqa bir qorxulu pandemiya haqqında danışdı

Nevroloq Vera Pşeniçnikova başqa bir pandemiya təhlükəsi barədə xəbərdarlıq edib.


Qaynarinfoxəbər verir ki, həkim insan bədənindəki maqnezium çatışmazlığının ciddi bir təhlükə olduğunu açıqlayıb. "Maqnezium çatışmazlığının da bir pandemiya olduğu hesab edilir, bununla mübarizə aparılmalıdır", - həkim "Qovorit Moskva” radiostansiyanın efirində deyib.


Mütəxəssisin dediyinə görə, bədəndə maqneziumun miqdarını öyrənmək üçün analiz aparmaq son dərəcə çətindir. Bu baxımdan Pşeniçnikova zaman-zaman kurslarla maqnezium içməyi və maqneziumla zəngin qidalar yeməyi məsləhət görüb.


Eyni zamanda həkim bu mikro-elementinin artıqlığının orqanizmə zərər verməyəcəyini də əlavə edib.

 

Alpər