Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "OBA” marketlər şəbəkəsinin nümayəndələri "Hell Energy” şirkətinin dəvəti ilə Macarıstana səfər ediblər. Səfərin əsas məqsədi "Hell Energy”nin fabrikində istehsal prosesləri ilə tanışlıq və yeni xəttin istifadəyə verilməsi mərhələsini izləmək olub.
Ziyarət zamanı nümayəndələr "Hell Energy”nin müxtəlif çeşidlərinin və bankaların istehsal prosesləri ilə tanış olublar. Həmçinin, əməkdaşlıq dövründə görülən işlər və əldə olunan uğurların müzakirə edildiyi iclas da keçirilib.
Görüşdə "OBA” marketlər şəbəkəsi ilə "Hell Energy Azərbaycan” arasında əməkdaşlıq mövzusu müzakirə olunub.
"Hell Energy”nin sahibkarı Barabás Ernő ilk 6 aylıq nəticələrə əsasən 100%-dən artıq böyüməyə görə "OBA” marketlər şəbəkəsinin İdarə Heyətinin sədri Natəvan İbrahimovaya və kollektivə təşəkkürünü bildirib.
Tədbirin sonunda nümayəndələrə təşəkkürnamə təqdim edilib və xatirə şəkli çəkilib.
Şərhlər