Dünya 18:59 31.01.2018

Həmas lideri səhvən özünü güllələdi

Həmasın yaradıcılarından olan İmad Aləmi 62 yaşında dünyasını dəyişib. 
 
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, bir neçə həftə öncə yanlışlıqla özünü başından vuran Aləmi dünən vəfat edib. Onun cənazə mərasiminə Həmas Siyasi Büro Sədri İsmail Haniyə və Fələstinin rəsmi şəxsləri qatılıb. Aləminin sui-qəsdə məruz qalması barədə iddialar isə rədd edilib.

Qeyd edək ki, Misirdə inşaat mühəndisliyi fakültəsində oxumuş İmad Aləmi barədə 1988-ci ildə İsrail tərəfindən 2 illik həbs qərarı verilib. O, 1991-ci ildə Fələstindən sürgün edilib. Həmasın İrandakı ilk təmsilçisi olan Aləmi 2012-ci ildə Qəzzaya qayıtmış, 2013-cü ildə Həmasın sədr köməkçisi vəzifəsinə seçilmişdi.

Gülşən