Azərbaycanda qətl hadisəsi baş verib. Samux Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Qovlarsarı kəndində qeydə alınıb.
Kənd sakini, 21 yaşlı Royal Yolçiyev münaqişə zəminində həmkəndlisi 1991-ci il təvəllüdlü Əli Əsgərovu bıçaqlayıb.
Xəsarət alan 22 yaşlı gənc dərhal qarının deşilmiş kəsilmiş diaqnozu ilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisəni törədən R.Yolçiyev tutulub.
Şərhlər