"Arsenal”ın və Ermənistan milliinin futbolçusu Henrix Mxitaryan Bakıya gəlməyəcək.
Qaynarinfo xəbər verir ki, bu barədə ESPN kanalının "Arsenal" üzrə müxbiri Mattias Karen şəxsi "Twitter” hesabında yazıb.
Mxitaryanın çıxış etdiyi "Arsenal" oktyabrın 4-də Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"la qarşılaşacaq. Bir müddətdi onun Bakıya gəlib-gəlməyəcəyi müzakirə olurdu.
Mattias Karen bildirib ki, bu futbolçunun şəxsi qərarıdı: "Mənə məlumat veriblər ki, Henrix Mxitaryan Azərbaycana səyahət etməyəcək. Bu, oyunçunun Azərbaycan - Ermənistan münaqişəsi səbəbindən təhlükəsizlik məqsədi ilə verdiyi şəxsi qərarıdı".
ESPN-nin əməkdaşı bildirib ki, "Arsenal" Avropa Liqasının finalına çıxsa, erməni futbolçu bu oyundan da kənarda qala bilər. Çünki 2018/19 mövsümünün finalı Bakı Olimpiya Stadionunda keçiriləcək: "Əgər "Arsenal” Avroliqanın finalına vəsiqə qazana bilsə, Mxitaryan həmin görüşdə də iştirak etməyə bilər”.
Şərhlər