Ekonomiks 11:30 05.08.2014

Hər bir azərbaycanlıya 10 min dollar


“Standard & Poors”  (S&P) reytinq agentliyi 2017-ci ildə Azərbaycanda ümumi daxili məhsulun (ÜDM) 100 mlrd. dolları ötəcəyini proqnozlaşdırır.

Oxu.Az Abc.az-a istinadən xəbər verir ki, agentliyin ölkə reytinqinin qiymətləndirilməsi barədə hesabatına əsasən, 2014-ci ildə Azərbaycanda ÜDM 4% artaraq 78 mlrd. dollar təşkil edəcək.

“Azərbaycanın ÜDM-i 2015-ci ildə 4% artaraq 84 mlrd. dollar,  2016-cu ildə 3,8% artaraq 92 mlrd. dollara, 2017-ci  ildə isə 3,6%  artaraq  101 mlrd. dollar qədər artacaq.

Ölkədə 2014-ci ildə adambaşına düşən ÜDM  2,9% artımla 8290 dollar səviyyəsində gözlənilir. Bu göstərici 2015-ci ildə  8789 dollar,  2016-ci ildə 9511 dollar, 2017-ci ildə isə 2,5% artımla 10292 dollar təşkil edəcək”, - məlumatda deyilir.

Qeyd edək ki, S&P Avqustun 1-də Azərbaycanın suveren kredit reytinqini “BBB-/a-3” səviyyəsində təsdiqləyib və ona “stabil” proqnozu verib.

Qaynar.info