Sənət 13:20 25.11.2014

Hər kəsə gərəkli sayt - AFİŞA


Axşam.az saytı yeni layihəsini oxucuların ixtiyarına verib.

Bu gündən etibarən saytda AFİŞA bölməsi fəaliyyətə başlayıb.

İstifadəçilər www.axsam.az/afisa linkinə daxil olaraq Azərbaycanda keçirilən bütün konsertlər, filmlər, tamaşalar, sərgilər və partilərlə bağlı məlumat almaq imkanı qazanacaqlar.

Bu bölmə asudə vaxtınızı səmərəli keçirə bilmək üçün sizə əsl bələdçilik edəcək.

Qaynar.info