Dünya 15:50 13.04.2019

Hərbi çevrilişdən sonra istefalar davam edir

Sudan Milli Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin rəhbəri Salah Quş istefa verib.

Qaynarinfo The East African-a istinadən xəbər verir ki, Hərbi Keçid Şurasının sədri Əbdül Fəttah Əl Bürhan istefanı qəbul edib.

Səhər saatlarında isə Müdafiə Naziri Əhməd Avad bin Auf istefa vermişdi.

Qeyd edək ki, ötən günlərdə Sudanda hərbi çevriliş baş verib və prezident Ömər Əl Bəşir vəzifəsindən kənarlaşdırılaraq həbs edilib.

Gülşən