İranın Əhvaz şəhərində hərbi parad zamanı baş verən terror aktı nəticəsində ölənlərin sayı artıb.
Qaynarinfo İran mediasına istinadən xəbər verir ki, hadisə zamanı ölənlərin sayı 28-ə çatıb.
İran parlamentində müdafiə komitəsinin rəhbərinin müavini Əbu Fadl Bigi bildirib ki , hadisə nəticəsində 60 nəfər yaralanıb.
Qeyd olunur ki, hücum edən şəxslərdən 3-ü yerində məhv edilib, qalanları isə xəstəxanada ölüb.
Şərhlər