Hərbi qulluqçumuza hücum edən diversantın cəsədi Ermənistana təhvil verildi

Hərbi qulluqçumuza hücum edən diversantın cəsədi Ermənistana təhvil verildi

Xocavənd rayonu ərazisində Azərbaycan Ordusunun mövqelərindən birində döyüş növbətçiliyi aparan hərbi qulluqçumuza hücum edərkən zərərsizləşdirilən erməni təxribatçının cəsədi Ermənistana təhvil verilib.

Bu barədə Qaynarinfo-ya açıqlamasında Azərbaycanlı Əsir və Girovlarla bağlı Məlumat Mərkəzinin koordinatoru Əhməd Şahidov məlumat verib.

Onun sözlərinə görə, erməni hərbi təxribatçısı Seyran Sarkisyanın meyiti Azərbaycan ərazisində müvəqqəti yerləşdirilən Rusiya sülməramlılarının iştirakı ilə Qırmızı bazar ərazisindən qarşı tərəfə verilib.
XƏBƏRLƏR
BLOGLAR
X