Xəbər lenti

Hesablama Palatasından İTV ilə bağlı AÇIQLAMA
Ölkə 17:09 16.05.2013

Hesablama Palatasından İTV ilə bağlı AÇIQLAMA

Hesablama Palatası bəzi idarələrdə yoxlamalara başlayıb. Hesablama Palatasından verilən məlumata görə, yoxlamalar may ayının 8-dən başlanılıb və hələ də davam edir:

“May ayının 8-də keçirilən Kollegiya iclasının qərarına əsasən, İctimai Televiziya və Radio Yayımları Şirkətinə dövlət büdcəsindən və digər mənbələrdən daxil olan vəsaitlərin istifadəsi məqsədilə yoxlamalara başlanılıb. Audit yoxlamaları rayonlarda da aparılır. Belə ki, Kollegiya iclasında dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən Qax rayon İcra Hakimiyyətinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara və Naxçıvan MR büdcəsindən və digər mənbələrdən Naxçıvan şəhər 1 nömrəli Mənzil İstismar idarəsinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrası, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Prezidentin Ehtiyat Fondundan Lerik rayon İcra Hakimiyyətinə ayrılan vəsaitlərdən istifadəsi və dövlət büdcəsindən Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin saxlanılmasına ayrılan vəsaitlərin icrası, dövlət rüsumlarının hesablanması və ödənilməsi üzrə Audit proqramları müzakirə olunaraq təsdiq edilib”-deyə qurumdan bildirilib..

Hesablama Palatasından onu da qeyd ediblər ki, hazırda davam edir və nəticələr isə yoxlamalar bitəndən sonra açıqlanacaq.  

Qaynar.info

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->