Dünya 14:50 28.03.2018

Həsən Nəsrullah: "Səudiyyə İranla əlaqələri kəsmək üçün Suriyaya pul təklif edib"

Hizbullah lideri Həsən Nəsrullah Səudiyyə Ərəbistanının Suriyaya İranla əlaqələri kəsmək üçün böyük miqdarda pul təklif etdiyini iddia edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, həm Kral Abdulla, həm də Kral Salman dövründə irəli sürülən təklifdə terror təşkilatlarını dəstəkləməmək və milyardlarla dollar pul vəd edilib.

Suriya prezidenti Bəşər Əsəd hər iki dəfə təklifə rədd cavabı verib. Nəsrullah bildirir ki, qərarın səbəbi Suriyada davam edən müharibənin İsrailə qarşı mübarizə mahiyyətini daşımasıdır və ABŞ bu mübarizənin qalibiyyətlə yekunlaşmasını istəmir.

Gülşən