Heydər Əliyev Fondunun təşəbbüsü ilə azərbaycanlı milyonçu və xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin ev muzeyi təmir olunub.
Bu barədə İTV-də yayımlanan "Yaddaş” verilişində məlumat verilib.
Bildirilib ki, evin təmiri son mərhələdədir.
1893-1895-ci illərdə memar Yuzef Qoslavski tərəfindən inşa olunan bağ evi xeyriyyəçinin xüsusi önəm verdiyi mülklərindən biri olub.
Qeyd edək ki, Hacı Zeynalabdin Tağıyevin vəfatından sonra sözügedən ev xəstəxana, daha sonralar isə məcburi köçkünlərin yerləşdirildiyi sığınacaq kimi fəaliyyət göstərib.
Şərhlər