Siyasət 16:59 17.10.2020

Hikmət Hacıyev xarici dövlət nümayəndələri ilə Gəncəyə səfərə gedib

Azərbaycan prezidentin köməkçisi Hikmət Hacıyev xarici dövlət nümayəndələri ilə birgə ermənilərin Gəncəyə növbəti dəfə raket atması nəticəsində baş vermiş hadisə yerinə gedib.

Qaynarinfo "Report"a istinadən xəbər verir ki, onlar həmin yerlərdə olub, baş vermiş hadisə ilə bağlı mətbuat nümayəndələrinə müsahibə veriblər.

Qeyd edək ki, gecə saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə raketlər atılıb, 13 nəfə həlak olub, 40 dan çox insan xəsarət alıb. Bir çox ev tamam dağılıb və ciddi zərər görüb.