Çərşənbə günü Himalayın Nepal və ona bitişik Tibetdəki sərhəd bölgələrində baş verən güclü sel nəticəsində 18 nəfər həlak olub, yüzlərlə insan yaralanıb və itkin düşüb. Sel kəndləri yuyub aparıb, yolları, körpüləri və enerji layihələrini zədələyib. Hakimiyyət orqanları ölənlərin sayının arta biləcəyindən ehtiyat edir.
Bəzi analitiklər son illərdə Himalayda baş verən bir sıra böyük fəlakətləri iqlim dəyişikliyi və genişmiqyaslı tikinti ilə əlaqələndirirlər.
Qaynarinfo xəbər verir ki, son 12 ildə regionda baş verən ölümcül təbii fəlakətləri təqdim edir.
Avqust 2025
Hindistanın Uttarakhand ştatında qəfil daşqınlar və torpaq sürüşmələri nəticəsində 4 nəfər həlak olub, onlarla insan itkin düşüb.
Sentyabr 2024
Güclü və davamlı yağışların daşqın və torpaq sürüşmələrinə səbəb olması nəticəsində Nepalda azı 66 nəfər həlak olub.
Noyabr 2023
Uttarakhandda inşa edilən avtomobil tunelində çökmə baş verib və 41 işçi tuneldə ilişib qalıb. Hindistanın ən yoxsul ştatlarından gələn və aşağı əməkhaqqı ilə çalışan işçilər 17 gün sonra xilas ediliblər. Hakimiyyət tunelin çökməsinin səbəbini açıqlamayıb.
Oktyabr 2023
Güclü yağışlar nəticəsində buzlaq gölünün daşması baş verib və Hindistanın şimal-şərqindəki Sikkim ştatında dağıdıcı daşqınlara səbəb olub. Fəlakət 179 nəfərin həyatına son qoyub.
Yanvar 2023
Hindistanın Coşimat şəhərində yüzlərlə binada çatlar əmələ gəldikdən sonra təxminən 200 nəfər evlərindən təxliyə edilib. Sonradan təhlükəli hesab edilən binalar sökülüb.
Geoloqlar, yerli sakinlər və rəsmilər sürətli tikintinin binaları və onların yerləşdiyi torpağı zəiflətdiyini bildiriblər.
Oktyabr 2021
Mövsümdənkənar güclü yağışlar Uttarakhandda yolları su altında qoyub və körpüləri dağıdıb. Nəticədə azı 46 nəfər həlak olub.
Fevral 2021
Uttarakhandda baş verən güclü sel nəticəsində 200-dən çox insan həlak olub. Sel iki hidroelektrik layihəsini dağıdaraq su, daş və dağıntı kütləsinin Dhauliqanqa çayı vadisi boyunca axmasına səbəb olub.
Sentyabr 2014
Kəşmir regionunda son 50 ilin ən böyük daşqını baş verib. Hindistandan Pakistana axan Cələm çayının səviyyəsi qeyri-adi dərəcədə güclü yağışlar nəticəsində kəskin yüksəlib. Fəlakət nəticəsində Hindistanda təxminən 200, Pakistanda isə 264 nəfər həlak olub.
Aydın
Şərhlər