"II Dünya müharibəsindən sonra yaranmış dünya nizamı köhnəlib və Qərb yönümlüdür".
Qaynarinfo xəbər verir ki, bunu Hindistanın xarici işlər naziri Subrahmanyam Caişankar Britaniyanın "Financial Times" qəzetinə müsahibəsində deyib.
"Hindistan təkamül inkişafından daha çox şey istəyir, ancaq rahat və davamlı bir şey istəyir" deyən nazir əmindir ki, yeni dünya nizamı XX əsrin ikinci yarısında "qaydaların Qərbin xeyrinə olduğu" kimi deyil, dünyanı indiki kimi əks etdirməlidir.
Diplomat qeyd edib ki, beynəlxalq müqavilələrə əsaslanan konsepsiyalar köhnə nizama xasdır, yeni nizam isə daha çevik bir şeydir.
Caişankar əlavə edib ki, Hindistan çoxqütblü dünyada daha yaxşı mövqe tutur, çünki onun iqtisadiyyatı son illərdə dünyanın beşinci ən böyük ölkəsinə çevrilib.
Müsahibədə Hindistanın xarici işlər naziri bəyan edib ki, Qərb ölkələrinin tənqidlərinə baxmayaraq Yeni Dehli Moskva ilə sıx əlaqələr saxlayır.
Aydın
Şərhlər