Dünya 14:41 16.06.2019

Hindistanda 40 nəfər günvurmanın qurbanı olub

Hindistanın Bihar əyalətində yüksək temperatur 40 nəfərin həyatına son qoyub.

Qaynarinfo xəbər verir ki, günvurma nəticəsində baş verən ölüm halları Qaya, Navada, Auranqabad kimi şəhərlərdə qeydə alınıb.

Səhiyyə naziri Harş Vardhan əhaliyə xəbərdarlıq edərək isti günlərdə evdən çıxmamağı tövsiyyə edib.

Gülşən