Hindistanın Kerala əyalətində davam edən güclü yağışlar əsrin ən güclü daşqınına səbəb olub.
Qaynarinfo BBC-yə istinadən xəbər verir ki, daşqın bu günə qədər 324 nəfərin ölümünə səbəb olub, 200 min insan sığınacaqlara yerləşdirilib. Keralanın əsas hava limanının 26 avqusta qədər bağlı qalması gözlənilir. Çox sayda insan, 300 qayıq, helikopterlər xilasetmə tədbirlərinə cəlb edilib.
Bütün Hindistanda müşahidə edilən yağış və daşqınlar ümumilikdə 930 nəfərin həyatına son qoyub.
Gülşən
Şərhlər