Xəbər lenti

Hindistanda yeni ölümcül virus aşkar edildi
Dünya 16:26 28.01.2025

Hindistanda yeni ölümcül virus aşkar edildi

Hindistanın Cammu və Kəşmir ştatılarında mənşəyi məlum olmayan bir xəstəlik qeydə alınıb. 38 nəfərin bu xəstəliyə yoluxduğu bildirilib, onlardan 17-si dünyasını dəyişib. 

Qaynarinfo xəbər verir ki, bu barədə Rusiya İstehlakçı Hüquqlarına Nəzarət İdarəsi (Rospotrebnadzor) məlumat verib.

Məlumatda qeyd olunur ki, xəstələr üç ailənin üzvləri olub.

"Xəstəliyin klinik mənzərəsi aşağıdakı simptomlarla xarakterizə olunur: qızdırma, ürəkbulanma, zəiflik. Həyatını itirən bütün şəxslərdə beyin şişməsi müşahidə edilib", deyə idarədən bildirilib.

Hazırda araşdırmalar xəstəliyin toksinlərin təsiri ilə əlaqəli olduğunu göstərsə də, konkret toksin hələ müəyyən edilməyib. Yoluxucu xəstəlik şübhəsi olan hallar haqqında məlumat dərhal Rospotrebnadzora göndərilir.

Bundan əlavə, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) Konqo Demokratik Respublikasında münaqişə tərəflərini Qoma şəhərindəki laboratoriyadan virusların sızması təhlükəsi barədə xəbərdar edib. Məlumata görə, sızma "Ebola" virusu ştammlarının elektrik təchizatındakı fasilələr səbəbindən baş verib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->