Xəbər lenti

Ölkə 12:45 09.10.2017

Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması genişləndirildi

Yeni Yaradılmış Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” genişləndirildi. 

 “Açıq Hökumət Tərəfdaşlığı” təşəbbüsü 2011-ci ilin sentyabrında 69 dövlətin imzaladığı “Açıq Hökumət Bəyannaməsi”i ilə nəticələnmiş və təşəbbüsə qoşulam ölkələrdə bu bəyannamə əsasən milli səviyyədə tədbiq olunmağa başlamışdır. 

Azərbaycan “Açıq Hökumət Tərəfdaşlığı” beynəlxalq təşəbbüsünə həmin il qoşulub və bu təşəbbüsə qoşulmaqda əsas məqsəd şəffaflığın artırılması, “Açıq Hökumət” sahəsində fəaliyyətin təkmilləşdirilməsi, bu sahədə beynəlxalq təcrübənin mübadiləsi və ən yaxşı praktikanın formalaşmasıdır. Azərbaycan bu təşəbbüsə qoşularaq “2012-2015-ci illərdə Açıq Hökumətin Təşviqi üzrə Milli Fəaliyyət Planı”nı hazırlamış və bu fəaliyyət planı çərçivəsində dövlət orqanlarının fəaliyyətində şəffaflığın artırılması, hesabatlılığın təkmilləşdirilməsi, ictimai iştirakçılığın genişləndirilməsi və yeni sosial texnologiyaların tətbiqi kimi prinsipləri bəyan etmişdir. Bu planın uğurla icra olunmasından sonar Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə növbəti, “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı” 27 Aprel 2016-cı ildə təsdiqlənmişdir. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir ki, bu tədbirlərin 25-də bələdiyyələr və yerli icra orqanlarının əsas içraçı və ya iştirakçı kimi nəzərdə tutulur. Həmçinin bu planın təsdiqi ilə əlaqadar Prezident sərəncamının 5-ci bəndində tədbirlərin həyata keçirilməsinə, dəyərləndirilməsi prosesinə vətəndaş cəmiyyəti institutları cəlb olunmağı tövsiyə olunub. Fəaliyyət Planınına uyğun olaraq 2016-cı ildə “Açıq Hökumətin Təşviqi” üzrə Hökumət -Vətəndaş Cəmiyyəti Dialoqu Platforması qurulmuş və müvəffəqiyyətlə fəaliyyətə başlamışdır. 

20 ildən çoxdur ki, icmalarla əməkdaşlıq edən, Azərbaycanda 300-dən çox icmanın səfərbərliyinə və institusonal inkişafına dəstək vermiş, “Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi bu imkanları qiymətləndirərək “Yerli səviyyədə Açıq Hökumət Tərədaşlığına başlamaq” təşəbbüsü ilə Avroasiya Əməkdaşlıq Fonduna müraciət etmişdir. Bu müraciət fond tərəfindən qiymətləndirilmiş, Niderland Krallığının Xarici İşlər Nazirliyi tərəfindən maliyələşdirilən “Azərbaycanda İnsan Haqları, Demokratikləşmə və Yaxşı İdarəetmənin Təşviqi” Proqramını çərçivəsində maliyyələşdirilməsi qərara alınmışdır. Layihənin əsas məqsədi yerli açıq hökumət aktyorları arasında əlaqələri(münasibətləri) möhkəmləndirmək və “Açıq hökumətin təşviqi” üzrə Milli Fəaliyyət Planında nəzərdə tutulmuş fəaliyyətlərin icrasına töfhə verməkdir. Layihənin fəaliyyət planına uyğun olaraq 19 May 2017-ci ildə Azərbaycanın ən böyük kənd rayonlarından olan  Sabirabad rayonunda  Yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü adlı seminar keçirilmişdir. Seminarda “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev, Platformanın üzvü, “Ümid” SİD İB-nin icraçı direktoru İsrayıl İsgəndərov,  “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli, Sabirabad, Saatlı, İmişli RİH-nin məsul şəxsləri, yerli dövlət qurumlarının, QHT-lərin təmsilçiləri, 13 icmadan İcra Nümayəndələri, Bələdiyyə və İcma İnkişaf Şuralarının üzvləri iştirak etmişlər.  

Bu seminarda “Konstitusiya” Araşdırmalar Fondunun vitse-prezidenti Zaur  İbrahimli Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın Reqlamentini və Anlaşma Memorandumunu təqdim etmişdir. Qeyd edilən sənədlər səsə qoyularaq qəbul edilmişdir. Beləliklə, 4 yerli QHT, 6 dövlət qurumu, 5 yerli Bələdiyyə və 8 İcma İnkişaf Şurasının iştirakı ilə   Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” formalaşdırılmışdır. Hazırda Platforma qərar qəbul etmə prosesində vətəndaşların fəal iştirakının təmin olunmasına, yerli hökumət orqanlarının və bələdiyyələrin hesabatlılıq və şəffaflıq səviyyəsinin artırılmasına, yerli icmaların elektron xidmətlərə çıxış imkanlarının artırılmasına dəstək məqsədilə  fəaliyyət planı üzərində işləyir. Yeni yarandığına baxmayaraq Yerli Səviyyəli Platformaya üzv olmaq istəyən QHT və İƏT-lərin sayı günü gündən çoxalır. Belə ki, regionda (Mingəçevir, Saatlı, Ağdam, Sabirabad, Şirvan və s.) fəaliyyət göstərən 17 QHT, Zərdab, İmişli və Beyləqan rayonlarının bir neçə icması yeni yaranmış Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na qoşulmaq üçün Platformanın koordinatoruna müraciət etmişlər.

Həmin müraciətlərə münasibət bildirmək və Yerli Səviyyəli Platformanın genişləndirilməsi məqsədi ilə 23 sentyabr 2017-ci ildə Sabirabad rayonunda regional konfrans keçirilmişddir. Konfransda çıxış edən Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın koordinatoru Əliməmməd Nuriyev “Azərbaycanda Açıq Hökumət Təşəbbüsünün tətbiqi: Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”, bi istiqamətdə görülən işlər, vətəndaş cəmiyyətinin bu proseslərdə iştirakı,  barədə ətraflı məlumat vermiş, Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”nın yaradılmasının və onun tərkibinin daha da genişləndirilməsinin  böyük əhəmiyyət kəsb etdiyini bildirmişdir. Tədbir  “Yerli səviyyədə “Açıq Hökumət Tərədaşlığına” başlamaq təşəbbüsü” layihəsinin nəticələri barədə məlumatların verilməsi və layihə çərçivəsində “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illəri üçün Milli Fəaliyyət Planı”nın icrasının tədqiqi məqsədilə 25 hədəf icmada aparılmış sorğuların nəticələrinin təqdimatı ilə davam etmiş, mövzuyla bağlı iştirakçıların təklifləri dinlənilmiş, sualları cavablandırılmışdır.

Konfransda həmçinin,  Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması”na üzv olmaq istəyən  17 QHT və 8 icma inkişaf şurasının müraciətləri səsə qoyularaq qəbul edilmişdir.  Beləliklə, 19 may 2017-ci il tarixində yaradılmış Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” yeni üzvlərin qoşulması ilə 21 QHT, 16 İcma İnkişaf Şurası, 7 Bələdiyyə, 2 MMC və 6 Dövlət qurumunu əhatə etmişdir. Ümid edirik ki, regionda yaradılmış Yerli Səviyyəli “Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması” tezliklə məqsədyönlü fəaliyyəti ilə vətəndaş cəmiyyətinin inkişafına öz töhfəsini verəcəkdir.

Mənbə: istiqlal.az

Qaynarinfo.Az

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->