Xəbər lenti

60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək
Dünya 20:41 03.05.2024

60 ukraynalı uşaq Azərbaycanda istirahət edəcək

Bu il 60 ukraynalı uşaq Azərbaycanda istirahət edə biləcək.

Qaynarinfo xəbər verir ki, bunu Ali Radanın sədr müavini Yelena Kondratyuk deyib.

"Mənim xahişimlə Azərbaycan iki qrup ukraynalı uşağı - ümumilikdə 60 nəfəri qəbul edəcək. Digər qrupun qəbulunun mümkünlüyü nəzərdən keçirilir”, - Kondratyuk Bakıda Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə görüşdən sonra Facebook-da yazıb.

O vurğulayıb ki, bu, son iki ildə nazirlə ikinci görüşdür.

"Hər dəfə Azərbaycanın və nazirliyin Ukraynaya necə kömək edə biləcəyi barədə çox məzmunlu söhbət olur. Keçən il biz Ukrayna hərbçilərinin övladlarının Azərbaycanda istirahətinin təşkili ilə bağlı plan hazırladıq və bu plan həyata keçirildi. Görüşdə bu proqramı 2024-cü ilə qədər uzatmaq barədə razılığa gəldik!” - vitse-spiker qeyd edib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->