Xəbər lenti

ABŞ kəşfiyyatı: Putin Qərblə bağlı “paranoyik qorxu”ya malikdir
Dünya 21:51 03.05.2024

ABŞ kəşfiyyatı: Putin Qərblə bağlı “paranoyik qorxu”ya malikdir

Rusiya lideri Vladimir Putin Qərbin Rusiyanın dünyada gücünü məhdudlaşdırmaq niyyətindən "paranoyik qorxu” yaşayır. Bu da onu hərbiləşdirməyə tarixən rekord məbləğdə vəsait xərcləmək qərarına gəlməsinə səbəb olub.

Qaynarinfo "Amerikanın səsi”nə istinadən zəbər verir ki, bu barədə ABŞ Milli Kəşfiyyatının direktoru Evril Heyns mayın 2-də ABŞ Konqresində dinləmələr zamanı bildirib.

"Putin Rusiyanın təhlükə altında olduğuna inanmaqda davam edir və güman edir ki, daha böyük, daha yaxşı təchiz edilmiş ordu bu mesajı Qərb və yerli auditoriyaya çatdıracaq. O, NATO-nun genişlənməsini və Qərbin Ukraynaya dəstəyini ABŞ və Avropanın Rusiyanın gücünü məhdudlaşdırmağa çalışdığına dair çoxdankı inancının möhkəmlənməsi kimi görməyə davam edir”, - Heyns deyib.

ABŞ Milli Kəşfiyyatının direktorunun fikrincə, bu, artıq "müəyyən bir paranoyadır”.

Eyni zamanda, rəsmi hesab edir ki, əslində NATO-nun hərəkətləri Rusiyanı bunun əksini təmin etmək məqsədi daşıyır, lakin Putinin bu qərarı onun qaçmağa çalışdığı hadisələr, xüsusən də alyansın genişlənməsi, onilliklər boyu bitərəf qalan Finlandiya və İsveçin NATO-ya qoşulmasını sürətləndirdi. 

Heyns bildirib ki, Kreml rəhbəri müdafiə xərclərini Rusiyanın ÜDM-nin təxminən 7%-nə qədər artırıb, bu, tarixi orta göstəricidən təxminən iki dəfə çoxdur və Rusiyanın müdafiə büdcəsi indi bütün federal xərclərin təxminən 25%-ni təşkil edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->