Xəbər lenti

Hondurasda təyyarə ilə motosiklet toqquşdu
Dünya 10:15 04.07.2023

Hondurasda təyyarə ilə motosiklet toqquşdu

Hondurasın şərqindəki Qrasias a Dios departamentində Puerto Lempira aerodromunda yüngül mühərrikli təyyarə ilə motosikletin toqquşması nəticəsində iki nəfər həlak olub. Motosikletdə olan cütlük dünyasını dəyişib.

Qaynarinfo xəbər verir ki, bu haqda yerli "El Heraldo" nəşri məlumat yayıb.

Qəza Cessna 206 təyyarəsi eniş edərkən baş verib. Motosiklet uçuş-enmə zolağında ona çırpılıb. Ölənlərin kimliyi hələ müəyyən edilməyib.

Hadisə yerinə yanğınsöndürənlər və polis gəlib. Gracias a Dios departamentinin müavini Erica Urtejo Echeverría sosial şəbəkələrdə həlak olanların ailələrinə başsağlığı verib və hakimiyyətdən aerodromun ətrafına hasarların çəkilməsi üçün vəsait ayrılmasını tələb edib. O, bunu dəfələrlə xahiş etdiyini, lakin pulun heç vaxt ayrılmadığını vurğulayıb.

Alpər

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->