Xəbər lenti

Hüquq müdafiəçisi:
Ölkə 20:21 01.11.2019

Hüquq müdafiəçisi: "SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan dəyişikliklər təqdirəlayiqdir"

Hüquq müdafiəçisi Əliməmməd Nuriyev SOCAR-ın idarə və müəssisələrinin rəhbərliyində aparılan kadr dəyişikliklərini təqdirəlayiq sayır.

Ə.Nuriyev fins.az açıqlamasında bildirib ki, SOCAR kimi yüksək beynəlxalq imici olan şirkət üçün kadr dəyişikliyi təqdirəlayiqdir:

"Ölkə başçısı bütün qurumlar üzrə dəyişikliklərlə bağlı həyata keçirirsə, dövlət və dövlətin payı olan şirkətlərdə də kadr dəyişikliyi həyata keçirilməlidir. Çünki zaman yeni çağırışlar müəyyənləşdirir. Bu yeni çağırışlar ondan ibarətdir ki, bizim müəssisələr özləri də yüksək rəqabət qabiliyyəti qurmalıdırlar. Mən belə hesab edirəm ki, bu dəyişikliklər olmalı idi. Yaxşı ki, SOCAR-ın rəhbərliyi bu dəyişikliyin həyata keçirilməsi üçün göstəriş verib. Ümid edirəm ki, dəyişilən kadrlar bundan sonra da öz işlərinin öhdəsindən layiqincə gələcəklər. Çünki hamısı eyni qurumun əməkdaşlarıdır. Onlar bu işi çox yaxşı bilirlər”.
Hüquq müdafiəçisi vurğulayıb ki, Azərbaycanda açıqlıq və şəffaflıq üçün yeni islahatlar həyata keçirilir: "Ona görə də hesab edirəm ki, dövlət şirkətində həyata keçirilən dəyişiklik zəruri idi”.

Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Əkbər Hacıyev Qaz İxrac İdarəsinin rəisi, "Azəriqaz” İB-nin baş direktorunun müavini Ruslan Əliyev "Azəriqaz” İstehsalat Birliyinin baş direktoru, Qaz İxrac İdarəsinin rəisi Qağaməli Seyfullayev "Neftqaztikinti” trestinin müdiri, Heydər Əliyev adına Neft Emalı Zavodunun direktor müavini Füzuli Hacıyev Təhlükəsizlik İdarəsinin rəisi, Mirkazım Abasov və Rəşad Əliyev isə SOCAR prezidentinin müşaviri vəzifəsinə təyin olunublar.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->