Dünya 11:52 19.08.2019

Husilər İrana səfir təyin etdi

Yəməndə vətəndaş müharibəsinin tərəflərindən olan Husilər İrana rəsmi səfir təyin edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Husilərin sözçüsü Məhəmməd Əbdülsalam sosial şəbəkə hesabında məlumat verib. İbrahim Əl Duleymi Husilərin İrandakı rəsmi səfiri vəzifəsində çalışacaq.

Qeyd edək ki, Husilər 2016-cı ilin mart ayında Suriyaya səfir təyin edib.

Gülşən