Xəbər lenti

Husilər Qırmızı dənizdə gəmilərə hücumları dayandırdı - Səbəb açıqlandı
Dünya 18:45 17.01.2025

Husilər Qırmızı dənizdə gəmilərə hücumları dayandırdı - Səbəb açıqlandı

Yəməndə məskunlaşan husilər ticarət gəmilərinə hücumlarını dayandırdıqlarını bildiriblər. 

Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, buna səbəb İsrail və HƏMAS arasında atəşkəs sazişinin bağlanması olub.

Husilərin lideri Əbdül-Malik Əl-Husi müraciətində deyib: "Biz razılaşmanın həyata keçirilməsi mərhələlərini izləməyə davam edəcəyik. İsrailin hər hansı pozuntusu, qırğını və ya mühasirəsi zamanı biz dərhal fələstinlilərə hərbi dəstək verməyə hazır olacağıq".

Agentlik bildirib ki, gəmi sahibləri və onların sığortaçıları husilərin aylarla davam edən raket və dron hücumlarından sonra Qırmızı dənizin cənubunda və Ədən körfəzində niyyətlərini bildirməsini gözləyirlər. Onlar mühüm ticarət yolundan qaçmalı idilər.

Qeyd olunur ki, İsraillə HƏMAS qruplaşması arasında atəşkəs razılaşması bazar günü, yanvarın 19-da qüvvəyə minməlidir. Qüds artıq sülh sazişinin imzalandığını təsdiqləyib.

Agentlik xatırladıb ki, husilər 2023-cü ilin sonlarında İsrail və HƏMAS arasında şiddətli döyüşlər gedən zaman fələstinlilərlə həmrəylik əlaməti olaraq dəniz gəmilərinə hücuma başlayıblar. Onlar sülh razılaşması əldə olunana qədər belə hücumların davam edəcəyini bildiriblər.

"Bloomberg" əlavə edib ki, Qərbə gedən konteyner gəmilərinin əksəriyyəti Asiya ilə Avropa arasında üzərkən keçən il Afrikanın cənubunda daha uzun marşrut seçib və Qırmızı dənizdən uzaqlaşıb. Bu, qlobal daşıma qabiliyyətini azaltdı, yükdaşıma tariflərini artırdı və Mitsui OSK kimi daşıyıcıların gəlirlərini artırıb

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->