Dünya 16:01 10.04.2020

Husilərdən Səudiyyə Ərəbistanına koronavirus ittihamı

Husilər Səudiyyə Ərəbistanını koronavirusa yoluxan şəxsləri Yəmənə göndərməkdə ittiham edib.

Qaynarinfo xəbər verir ki, bu barədə Əl-Məsirə kanalı məlumat yayıb. Məlumatda husi qüvvələrinin gələnləri müəyyənləşdirdiyi və lazımi yoxlanışların aparıldığı bildirilib.

Dünya Səhiyyə Təşkilatının da tənqid edildiyi xəbərdə yardım sözü verilməsinə baxmayaraq, husilərə cəmi 30 ədəd hərarətölçən cihaz verildiyi qeyd olunub.

Səudiyyə Ərəbistanından isə məsələ ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

Camal