Foto 19:42 26.08.2019

İbrahim Tatlısesin ev muzeyi açılacaq (FOTOLAR)

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısesin Şanlıurfada doğulub böyüdüyü mağara muzeyə çevriləcək.

Qaynarinfo xəbər verir ki, Tatlıses "Şanlıurfa Polisevi"ndə mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib:

"İnsanların doğulub-böyüdüyüm mağaranı görmələrini istəyirəm. Yağış, qar yağanda ev su olmasın deyə anam ayağımızın altındakı nimdəri qapıya asırdı. Kasıb ailənin uşağı olmuşam, bununla fəx edirəm. Sonra hər şey Allahın buyurduğu kimi oldu. İndi 3 yaxtam, 3 villam, 2 təyyarəm var. Hər şeyə görə şükür edirəm".

Müğənni həmçinin Şanlıurfanın turizm potensialının artdığını vurğulayaraq ərazidə böyük hotel tikdirəcəyini bildirib. 

Qeyd edək ki, muzey 1 il ərzində istifadəyə veriləcək.

Gülşən