Xəbər lenti

İcra baçısı: “Rayonda 4300 daşınmaz əmlak sökülüb”
Ekonomiks 09:50 20.04.2018

İcra baçısı: “Rayonda 4300 daşınmaz əmlak sökülüb”

"2018-ci ilin birinci rübündə Yasamal rayonunda təmirə ehtiyacı olan 10 çoxmənzilli yaşayış binasında - Abbas Mirzə Şərifzadə küçəsi 34, 44, 74, 78, 132, 138, 140 və 192, Əbdürrəhimbəy Haqverdiyev küçəsi 3, Əhməd Cəmil küçəsi 39 nömrəli yaşayış binalarında əsaslı təmir işləri aparılıb”.

Qaynarinfo xəbər verir ki, bunu Yasamalda ilin birinci rübünün hesabat iclasında rayon icra hakimiyyətinin başçısı Əziz Əzizov deyib.

O qeyd edib ki, bu ilin birinci rübündən başlayaraq rayon ərazisində 16 məhəllədə - Ələsgər Ələkbərov küçəsi 522-ci məhəllə, Həsən bəy Zərdabi 68, Şərifzadə 134, Şahbazi 104 A, Yeni Yasamal, Əsəd Əhmədov 31, Talıblı 28, Şərifzadə 148, 154 və 156, Əsəd Əhmədov 5, Məmməd Rahim 20, Hüseyn Cavid prospekti 577, 518 və 503/505-ci məhəllələr və Dadaş Bünyadzadə küçəsi 11 nömrəli evin qarşısında abad həyətlərin yaradılması istiqamətində iri həcmli və geniş miqyaslı işlər həyata keçirilir: "Yaxın zamanlarda sakinlərin istifadəsinə veriləcək. Bakı şəhərində aparılan abadlıq-quruculuq işləri və yol-nəqliyyat infrastruktur təminatının yaxşılaşdırılması tədbirləri çərçivəsində Yasamal rayonu ərazisində geniş abadlıq və yenidənqurma işlərinin həyata keçirilməsinə başlanılıb. İlk növbədə cənub istiqamətinə çıxış kimi çox böyük strateji əhəmiyyəti olan Əsəd Əhmədov küçəsinin Xarici Dairəvi yoldan başlayaraq Şərifzadə küçəsinə qədər uzanan 3100 metr hissəsinin yenidən qurulmasına başlanılıb”.

İcra başçısı vurğulayıb ki, Yasamal rayonunda "Pilot” layihə əsasında qəzalı və yaşayış üçün yararsız, hətta, bəzi hallarda həyat üçün təhlükəli 9 binanın sökülüb yenidən tikilməsi işləri həyata keçirilir: "2014-cü ilin əvvəlindən başlayaraq davam edən "Sovetski” adlanan ərazidən sakinlərin köçürülməsi kimi iri miqyaslı tarixi layihənin ilk iki mərhələsi artıq başa çatıb. 26 hektardan çox ərazidə istifadə müddəti hələ xeyli əvvəl başa çatan, heç bir tikinti normalarına cavab verməyən və demək olar ki, bütünlüklə yararsız və qəzalı mənzillərin sahibləri ilə razılaşma əldə edilərək vəsait ödənilib, 4300 daşınmaz əmlak sökülərək ərazi təmizlənib”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->