Xəbər lenti

İcra başçısı özünə birinci müavin təyin etdi
Ölkə 16:23 07.07.2026

İcra başçısı özünə birinci müavin təyin etdi

Şəki Şəhər İcra Hakimiyyəti başçısına birinci müavin təyin olunub.

Qaynarinfo İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı icra başçısı Elxan Usubov müvafiq sərəncam imzalayıb.

Sənədlə birinci müavini vəzifəsinə Elman İmamverdiyev təyin edilib.

Qeyd edək ki, E.İmamverdiyev 1984-cü ildə Şəki şəhərində anadan olub. O, bu təyinatadək başçının müavini - Sosial-iqtisadi, memarlıq-tikinti məsələləri və şəhər təsərrüfatı şöbəsinin müdiri vəzifəsində çalışıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->